Eşitmə və eşitmə azlığı

Eşitmə azlığının nə olduğunu və Siemens eşitmə sistemlərinin bu problemləri necə həll edə biləcəyini başa düşmək üçün əvvəlcə qulaq və beynimizin birgə çalışaraq bizim necə eşitdiyimizi bilməyimiz çox vacibdir.

Eşitmə azlığı problemi ilə dünyada çoxlu sayda insanlar qarşılaşırlar. Bu problem onların həyatına müxtəlif yollarla təsir edir. Zaman keçdikcə eşitmə azlığı sizin insanlarla ünsiyyət və münasibətlərinizə mənfi təsir edir. Əgər eşitmə azlığı aradan qaldırılmazsa, bu zaman fiziki problem psixoloji problemə keçə bilər. Məhz buna görə də yaranan problemi tez bir zamanda aradan qaldırmaq çox əhəmiyyətlidir. 

Əgər siz eşitmə azlığı problemi ilə qarşılaşmısınızsa, bilin ki, siz tək deyilsiniz. Həqiqətdə siz bütün dünya üzrə təxminən 500 milyon adamdan birisiniz. Bir çox ölkələrdə 6 nəfərdən 1-də müxtəlif dərəcədə eşitmə azlığı var. Təsəlliverici odur ki, 90% insan doğru seçilmiş və tənzimlənmiş eşitmə cihazı vasitəsi ilə ünsiyyətini yaxşılaşdıra bilər. Bu o deməkdir ki, siz problemin həll olacağına əmin ola bilərsiniz.

Eşitmə azlığının əlamətləri

Hansı əlamətlər sizı eşitmə azlığının olduğunu xəbər verir...

Eşitmə azlığının əlamətləri

Eşitmə azlığı müxtəlif tipdə və dərəcədə olur. Lakin əlamətlər təxminən eynidir və eşitmə azlığının dərəcəsindən asılı olaraq variasiya edir. Əgər siz aşağıdakı sualların hər hansı birinə “hə” cavabı verdinizsə, sizdə az və ya çox dərəcədə eşitmə problemi olma ehtimalı var.

  • Ətrafdakılar həmişə sizin televizor və radioya yüksək səs verdiyinizi bildirirlər?
  • Qapı və ya telefon zəngini eşitmədiyinizdən görüş və zəngləri ötürdüyünüz hallar olurmu?
  • Səs-küylü yerlərdə həmsöhbətinizi eşitmək sizin üçün daha çətin olur?
  • Sizə elə gəlirmi ki, insanların əksəriyyəti aydın danışmır?
  • Ətrafınızdakılar sizin ucadan danışdığınızı deyirlər?
  • Insanların dediklərini təkrarlamalarını tez-tez xahiş edirsiniz?
  • Dostlarınız və ailə üzvləriniz eşitmə probleminizin olmağını sizə deyirlər?
  • Radioya qulaq asan zaman tanınmış mahnının sözlərini seçməkdə çətinlik çəkirsinizmi?

Tipləri

Eşitmə azlığının iki tipi var: konduktiv və sensonevral...

Səbəbləri

Eşitmə azlığına səbəb olacaq çox faktor var...

Dərəcəsi

Eşitmənin normal olmaqda başlayaraq çox ağır dərəcəyə qədər azlığı ola bilər...

Eşitmə testi                             

Eşitmə azlığını aşkar etmək üçün müxtəlif üsullar var...

Audioqramı necə oxumaq

Audioqram eşitməni əks etdirən qrafikdir...

Eşitmə azlığının qarşısını almaq

Eşitməni ətrafın zədələyici küyündən necə qorumalı... 

Eşitmə azlığının tipləri

Eşitmə azlığı iki tipdən biri və ya hər ikisinin kombinasiyası şəklində ola bilər.

Konduktiv tip eşitmə azlığı

Xarici və orta qulaqda maneə və ya xəstəlik olduqda səsin ötürülməsinin pozulması zamanı meydana çıxan eşitmə azlığıdır...

Sensonevral tip eşitmə azlığı

Bu tip eşitmə azlığına daxili qulağın və ya eşitmə yollarının patologiyalarında rast gəlinir. Bu zaman səs xarici və orta qulaqdan keçərək daxili qulağa ötürülür,lakin daxili qulaq səsi normal ötürə bilmir...

Qarışıq tip eşitmə azlığı

Bu tip eşitmə azlığı konduktiv və sensonevral tip eşitmə azlığının eyni vaxtda olması zamanı rast gəlinir...