Ünvan və telefonlarımız

Səslər aləminə birgə addımlayaq.

Eşitmə- istifadəçilərimizə verməkdən zövq aldığımız ən gözəl hədiyyədir. Həyatında ilk dəfə eşidən adama baxmaqdan gözəl an yoxdur. Bu anları, sizin anlarınızı, görmək bizə nəsib olub.

Gecə yağışı. Yarpaq xışıltısı. Nəvələrinizin gülüşü. Bu gündəlik səslər həyatımızı daha rəngarəng edir. Biz həyatınızın səslərini eşitmək üçün sizə kömək etmək istəyirik. Eşitməkdə sizə köməkçi olmaq bizim amalımız, məqsədimiz və vədimizdir.

2005-ci ildən bu günə kimi bizim mütəxəssislər minlərlə insana  yenidən səsləri duymaqda kömək ediblər. Fəaliyyətə başladığımız ilk gündən bütün audioloji xidmətləri göstərməkdəyik. 2005-ci ildən Siemens/Signia firmasının, 2009-cu ildən Cochlear firmasının Azərbaycanda rəsmi eksklüziv  distribyutoruyuq. Dünya liderləri olan firmalarla əməkdaşlıq etməkdə məqsədimiz sizə layiq olduğunuz keyfiyyətli xidməti göstərməkdir.

Eşitmə ilə bağlı hər hansı bir probleminiz varsa, 012 510 12 90 nömrəsinə zəng edərək qəbula yazıla bilərsiniz.  Biz sadəcə həyatınızı yaxşılığa doğru dəyişməkdə sizə dəstək olmaq istəyirik.

Ünvan və telefonlar:

Xan Şuşinski 73, blok 1, men.1

+994 55 327 57 50
+994 70 566 37 51


I-VI günlər saat 9:00-18:00