Bu tip ən çox yayılmış eşitmə azlığıdır, bu zaman səsi qəbul edən sistemdə problem olur. Əsasən daxili qulağın tüklü hüceyrələri zədələnir.  Bu tip patologiyada neyroelektrik impulsların beyinə ötürülməsi pozulur. Mexaniki titrəyişin elektrik impulsuna keçməsində olan pozğunluqla əlaqədar eşitmə azlığı sensonevral adlanır. Bu cür eşitmə azlığı üçün təkcə səsin qəbul edilməsinin zəifləməsi yox, həmçinin səsin təhrif olunması da xarakterikdir. Sensonevral tipdə eşitmə azlığı həm anadangəlmə, həm də qazanılmış olur.

Anadangəlmə eşitmə azlığının səbəbləri:

  • irsiyyət faktoru;
  • virus infeksiyaları;
  • erkən doğuş;
  • doğuş travmaları və s.


Qazanılmış eşitmə azlığının səbəbləri:

  • ototoksik preparatların qəbulu;
  • baş beyinin travmaları;
  • səs-küylü yerlərdə iş;
  • yaşlanma;
  • qulaq infeksiyaları;
  • meningit;
  • ensefalit;
  • digər xəstəliklər.

Audioqramda simmetrik olaraq alçaq tezliklərdə 20dB-ə qədər, yüksək tezliklərdə 75dB-ə qədər eşitmə həddi yüksəlib. Bu cür eşitmə azlığı ənənəvi eşitmə cihazlarının köməyi ilə uğurla kompensasiya oluna bilər.


Audioqramın açıqlaması necədir.

Sensonevral tipdə eşitmə azlığı eşitmə həddinin danışıq diapazonunda 80-90dB-ə qədər enməsi ayırdetməni əhəmiyyətli dərəcədə çətinləşdirir. Belə halda problem yaradan məsələ eşitmə azlığının ağırlığında deyil, pasientin yüksək səslərdə diskomfort hiss etməsidir. Əsas məqsəd danışıq diapazonu spektrini pasientin qalıq dinamik diapazonuna yerləşdirməkdir. Əgər dinamik diapazon 10-20dB-ə qədər enibsə, ənənəvi eşitmə cihazları kifayət qədər kompensasiya edə bilməzlər.

Çox ağır eşitmə azlığı olan hallarda əfər ən güclü eşitmə cihazının istifadəsi belə effektiv olmursa, koxlearf implantasiya eşitmə probleminin həlli ola bilər. Koxlear implant səsi elektrik impulsuna çevirərək daxili qulaq rolunu oynayır. Elektrik impulsu birbaşa eşitmə sinirini oyadır. Bu yolla da beyin qabığında səs obrazlarının formalaşmasına səbəb olur. Lakin bu siqnalları pasientin doğru interpritasiya etməsi üçün ya gərək pasient əvvəllər səsləri eşitmiş olsun (məsələn, travma nəticəsində, meningitdən sonra və s.), ya da koxlear implantasiya əməliyyatı 5 yaşına qədər olunsun.