Konduktiv tipdə eşitmə azlığı

Xarici və ya orta qulaqda problem olduqda qulağın səs ötürücülüyü pozulur, nəticədə səs dalğası daxili qulağa effektiv ötürülə bilmir. Əksər hallarda eşitmə azlığı medikamentoz və ya cərrahi yolla bərpa olunur. Bəzi hallarda eşitmə cihazları köməyə gəlir.

Konduktiv tipdə eşitmə azlığını yaradan ümumi səbəblər:

  • qulaq tıxacı və ya xarici qulaq keçəcəyində yad cisim;
  • xarici qulağın travmaları
  • xarici və ya orta qulağın infeksion xəstəliyi;
  • təbil pərdəsinin perforasiyası;
  • anadangəlmə qüsurlar (məs.:Daun sindromu, Françesketti sindromu,Triçer Kollinz sindromu və ya Axondroplaziya


Aşağıda konduktiv tipdə eşitmə azlığı olan xəstənin audioqramı təqdim olunub. Bu halda daxili qulaq normal işləyir, lakin səs ötürən yollarda (xarici və ya orta qulaq) problem var.

Audioqramda biz hava keşiriciliyi həddinin sağ qulaqda 30-50dB, solda 35-45dB qalxmasını görürük. Bu cür eşitmə iulə pasient danışığın ancaq bəzi fraqmentlərini eşidə bilir. Adi danışığın yüksəkliyi 65dB-ə qədərdir. Normal eşidən adamın dinamik diapazonu 65dB-dir, yəni, eşitmə həddi 0dB ilə adi danışıq səsinin səviyyəsi olan 65dB arasındadır. Bu pasientin dinamik diapazonu isə 20dB-dir. Yerdə qalan 45dB fərq artırılmalıdır ki, o, səs və danışığı normal qavraya bilsin.

Bu cür eşitmə azlığında problemin həll yolları aşağıdakılardır:

  • ənənəvi eşitmə cihazları (xroniki irinli otitlərdə, xarici qulaq seyvanı və ya keçəcəyinin aplaziya və displaziyasında, həmçinin bəzi patoloji vəziyyətlərdə eşitmə cihazı taxmaq mümkün olmur);
  • “sümük” eşitmə cihazları, bu cür eşitmə cihazlarında telefon rolunu sümük vibratoru oynayır, qulağın arxasında məməyəbənzər çıxıntıya yerləşdirilir;
  • implantasiya olunan sümük keşiriciliyi eşitmə cihazları- BAHA. Implantasiya olunan eşitmə cihazı BAHA öz istifadəçilərinə əvəzolunmaz üstünlüklər verir. BAHA-nın səs prosessoru implantasiya olunmuş miniatür hissəyə bərkidilir.
Səs ötürülməsi birbaşa eşitmə sinirinə gedir, prosesdə xarici və orta qulaq iştirak etmir. BAHA səsi hər iki tərəfdən eşitmək və qavramağa imkan yaradır, əvvəllər bu, başın kölgələyici effektinə görə mümkün olmurdu. Bu cür eşitmə səsin daha dolğun qavranmasına şərait yaradır.