Qarışıq tipdə eşitmə azlığı

Qarışıq tipdə eşitmə azlığı yuxarıda sadalanan hər iki komponentin, konduktiv və sensonevral, kombinasiyası zamanı olur.

Bu cür eşitmə azlığında eşitmənin korreksiyası aşağıdakı yollarla mümkündür:

  • ənənəvi eşitmə cihazları (xroniki irinli otitlərdə, xarici qulaq seyvanı və ya keçəcəyinin aplaziya və displaziyasında, həmçinin bəzi patoloji vəziyyətlərdə eşitmə cihazı taxmaq mümkün olmur);
  • “sümük” eşitmə cihazları, bu cür eşitmə cihazlarında telefon rolunu sümük vibratoru oynayır, qulağın arxasında məməyəbənzər çıxıntıya yerləşdirilir;
  • Implantasiya olunan sümük keşiriciliyi eşitmə cihazları- BAHA. Implantasiya olunan eşitmə cihazı BAHA öz istifadəçilərinə əvəzolunmaz üstünlüklər verir. BAHA-nın səs prosessoru implantasiya olunmuş miniatür hissəyə bərkidilir. Səs ötürülməsi birbaşa eşitmə sinirinə gedir, prosesdə xarici və orta qulaq iştirak etmir. BAHA səsi hər iki tərəfdən eşitmək və qavramağa imkan yaradır, əvvəllər bu, başın kölgələyici effektinə görə mümkün olmurdu. Bu cür eşitmə səsin daha dolğun qavranmasına şərait yaradır.;
  • Koxlear implantasiya.


Audioqramın açıqlaması necədir.

Doğru reabilitasiya metodu hansı komponentin: konduktiv və ya sensonevral, üstünlük təşkil etməsindən asılı olaraq seçilir.