Sizin həyatınız, sizin dünyanız, sizin eşitməniz.

Yaxşı eşitmə bizim gündəlik həyatımızda olduqca vacibdir, lakin normal eşitməsi olan əksər insanlar eşitmənin nə qədər böyük əhəmiyyətə malik olması haqqında düşünmürlər. Dostlarla söhbət edərkən, təbiətin səslərini dinləyərkən, musiqidən zövq alarkən və ya təhlükəsizlik üçün xəbərdaredici siqnalı eşidərkən - onlar bunların hamısını olması gərəkən hal kimi qəbul edirlər. 

Bizi əhatə edən mühitə necə yanaşmağımızda eşitməmizin böyük rolu var. Eşitmə bizə ünsiyyət qurmağa və münasibətlər yaratmağa kömək edir, həmçinin ətraf aləmi anlama imkanlarını genişləndirir.

Məhz buna görə də gəlin ona layiq olduğu diqqəti göstərək …

Biz necə eşidirik:

Qulaq – heyranedici və olduqca çətin bir orqan olub, eşitmə kimi gözəl vəzifəni yerinə yetirir. Qulaq 7000 müxtəlif siqnalı seçə bilir və beyinə səs mənbəyinin yerini təyin etməyə kömək edir.

İnsan qulağı üç hissədən ibarətdir – xarici, orta və daxili qulaq.

Xarici qulaq: xarici qulaq səsləri toplayaraq xarici qulaq keçəcəyi vasitəsi ilə təbil pərdəsinə ötürür.

Orta qulaq: Səs dalğaları təbil pərdəsini hərəkətə gətirir. Sümükcüklər, yəni çəkic, zindan və üzəngi sümüyü, hərəkəti gücləndirərək daxili qulağa ötürür.

Daxili qulaq: İlbizdə mexaniki hərəkət sinir impulslarına çevrilir. Eşitmə siniri vasitəsi ilə impulslar beyinə ötürülür.

The human ear consists of three parts – the outer, middle, and inner ear.

Videoda eşitmə orqanının işi aydın şəkildə nümayiş olunur:

Eşitmə Azlığı

 

Eşitmə azlığı adətən uzun illər ərzində yavaş-yavaş inkişaf edir; nəticələr tədricən özünü büruzə verir.  Buna görə də eşitmə azlığı olan şəxs problemi gec başa düşür. İlk olaraq qohum-əqrəba, dostlar və ya iş yoldaşları hiss edirlər.

Lakin eşitmədə problemin olduğunu göstərən bariz əlamətlər var. Telefon danışıqlarını başa düşməkdə çətinlik yaranır? Ailə üzvləri televizora baxarkən və ya musiqi dinləyərkən səsi çox verməyinizdən şikayət edir? Restoranda və ya səsli küçədə söhbət etmək çətinləşir? Ailə yığıncaqlarından sonra özünüzü çox yorğun hiss edirsiniz, çünki eşitmək üçün əlavə səy göstərmək lazım gəlir? Sizinlə söhbət edən şəxsin üzünü görəndə daha yaxşı eşidə bilirsiniz?

Hearing loss generally develops slowly over many years; the effects become apparent only gradually. This makes it difficult for those affected to recognize that they are actually suffering from a hearing impairment. Relatives, friends or colleagues are often the first to realize that something is wrong.

Bütün bunlar eşitmə azlığının xarakter əlamətləridir. Ancaq narahat olmayın: eşitmə azlığı sadəcə barışılması lazım olan vəziyyət deyil. Siz nə isə edə bilər və etməlisiniz.

Əksər insanlara eşitmə cihazları istifadə etmək düşüncəsinə gəlmək olduqca çətindir. Onlar məsələnin həllini təxirə salırlar və yalnız onlar üçün böyük problemlər yaranan zaman məsələni həll etməyə çalışırlar.

Lakin nə qədər tez eşitmə azlığı problemini həll etsəniz bir o qədər yaxşıdır. Eşitmə azlığı başlayarkən eşitmə cihazlarından istifadə fasilə olmadan səs impulslarının beyinə tam ötürülməsini təmin edir. Siz bu prosesi nə qədər çox təxirə salırsınızsa, beyniniz ətraf aləmin səslərini unudur və eşitmə cihazlarına uyğunlaşmaq çətinləşir. Ən əsası da həyatınızın en gözəl anlarını ötürə bilərsiniz.

Eşitmə azlığının mümkün nəticələri:

  • Diqqətin zəifləməsi
  • Danışığı ayırd etmənin aşağı düşməsi
  • Digər insanlarla ünsiyyətin çətinləşməsi
  • Yaddaşın pisləşməsi
  • Yeniliklərə həvəsin azalması
  • İş qabiliyyətinin aşağı düşməsi
  • Ətrafdakılar tərəfdən çətin qəbul olunma
  • Əsəbilik, stress, depressiya
  • Sosial təcrid

Eşitmə azlığı qulağın bütün hissələrində ola bilər; xarici və orta qulaq disfunksiyaları adətən dərman vasitələri və ya cərrahi müdaxilə vasitəsi ilə düzələ bilir. Lakin bütün eşitmə azlıqlarının 80%-i daxılı qulağın disfunksiya və ya zədələnməsi zamanı olur. Müasir eşitmə cihazları daxili qulağın əksər zədələnmələrini kompensasiya edə bilir. 

Hərçənd iki tam eyni eşitmə azlığım mövcud deyil. Adətən eşitmə azlığı olan şəxslər daha çox asta səslərdə və yüksək tonlarda çətinlik çəkirlər, məsələn, pıçıltı səsi, uşaq danışığı və ya quşların səsi.

Video sizə eşitmə azlığının necə baş verdiyini nümayiş etdirir:

Binaural eşitmə: iki qulaq bir qulaqdan daha yaxşı eşidir

Təbiət bizə iki qulağı bir səbəbə görə bağışlayıb: binaural eşitmə və ya hər iki qulaqla eşitmə harda yerləşməsindən asılı olmayaraq səsin istiqamətini təyin etməyə kömək edir. Həmçinin bizə eşitmək istədiyimiz səsə fikrimizi cəmləməyə imkan verir, bunun sayəsində bütün digər səslərin içərisindən eşitmək istədiyimiz danışığa qaulaq asa bilirik.  Binaural prosesslərin ən vacibləri binaural toplama, binaural küy dəf etməbinaural istiqamətlənmiş dinləmə.

Binaural toplama

Biz iki qulağımızla eşitdikdə bu eyni səsi iki dəfə eşitməyə bənzəyir. Bu bizim beynimizin səsi daha yaxşı qavramasına kömək edir. Eşitmə azlığı zamanı bu effekt əhəmiyyətli dərəcədə azalır. Hər iki qulağa eşitmə cihazı istifadə etmək binaural toplamanın üstünlüyünü geri qaytarır.

Binaural küy dəf etmə

Səs-küylü yerdə danışıq zamanı hər iki qulaqla eşitmə beynimizə danışıq səsini küydən seçməyə kömək edir. Bu şərait yaradır ki, danışığı olduğundan daha yüksək eşidilsin. Eşitmə azlığı zamanı bu effekt azalır. İkitərəfli eşitmə cihazı istifadəsi binaural küy dəf etmə üstünlüyünü geri qaytarır.

Binaural istiqamətlənmiş dinləmə

İzdihamlı yerlərdə müxtəlif istiqamətdən çoxlu səslər gələn vəziyyətlərdə binaural eşitmə sayəsində beynimiz bizə əhəmiyyətli olan bir səs mənbəyinə istiqamətlənir və onu digər səslərdən ayırd edir. Eşitmə azlığı zamanı bu effekt azalır. İkitərəfli eşitmə cihazı istifadəsi binaural istiqamətlənmiş. dinləmə üstünlüyünü geri qaytarır.Nature gave us two ears for a reason: Binaural Hearing, or hearing with both ears, helps us localize sounds no matter where they come from. It also allows us to precisely focus on what we want to hear by letting us perceive certain sounds like speech louder and clearer while ignoring others. A few of the most important binaural processes include binaural redundancy, binaural squelch, and binaural directed listening. 

Video sizə binaural eşitməni başa düşməyə kömək edəcək:

Hərəkətə keçmək vaxtı çatdı

Yalnız eşitmə kəskin pisləşəndə biz başa düşürük ki, yaxşı eşitmə gündəlik həyatımızda nə qədər vacibdir və artıq yaxşı eşitməyəndə nə qədər şeylər itiririk.

Nə üşün mümkün qədər tez hərəkətə başlamaq vacibdir?

Eşitmə azlığı tədricən olan prosesdir

Eşitmə azlığı adətən tədricən baş verir, uzun illər çəkir, o qədər uzun ki, biz onun həyatımızda neqativ nəticələrini çox gec görür və etiraf edirik.

Kompensasiya olunmayan eşitmə azlığı bizim həyatımıza təsir edir

Ailə üzvləri, dostlar və iş yoldaşlarınızla ünsiyyətdə problemlər gərginliyə, stressə, sosial təcridə və hətta depressiyaya gətirib çıxara bilir.

Nə qədər tez, o qədər yaxşı

Nə qədər tez doğru eşitmə cihazları seçilsə, bir o qədər yaxşı olar, hətta xəfif eşitmə azlığında belə.

Beynini məşq etdir

Siz eşitmə cihazları ilə təkrar eşitməyə başladıqda beyini stimullaşdırır, əqli fəaliyyəti isə bərpa edir.

Həyatdan daha artığını alın

Həyat keyfiyyəti yaxşılaşır, bu isə sərhədsiz ünsiyyət və qarşılıqlı sosial əlaqəyə gətirir.

Hearing loss is usually a gradual process that takes many years – so gradual that we don’t immediately recognize its negative effects in our lives.

Yaxşı eşitmə qabiliyyətinin çoclu müsbət anları v ar. Araşdırmalar göstərir ki, eşitmə cihazları istifadəçilərinin əksəriyyəti istifadədən razı, ya da çox razıdır. Təcrübəli istifadəçilər bildirirlər ki, onların sosial əlaqələri, həmçinin onların fiziki və əqli vəziyyətini də yaxşılaşdırır. Onlar özlərini daha rahat, əmin və yeniliklərə daha hazır hiss edirlər.

Yeni eşitməniz üçün açıq olun. O, sizin həyat keyfiyyətinizi artıracaq.

İndidən tədbir görün və sizə ən yaxın  eşitmə mütəxəssisini tapın.