Signia Assistant Signia tətbiqində yerləşir, iOS, eləcə də Android sistemli smartfonlar üçün nəzərdə tutulub.
Süni intellektdən istifadə edərək Signia Assistant sizin tələbatlarınızı öyrənir ki, maksimum şəxsi eşitmə təcrübəsi versin və çətin vəziyyətlərdə dəstəkləsin. Çətin vəziyyətlərdə Signia Assistant istifadə edən 93% istifadəçi öz eşitmə cihazlarından məmnun qalıblar.
O sizi eşitmə yolunuzun istənilən etapında müsayiət edir, özünüzə inamı artıraraq eşitmə cihazlarınızla özünüzü daha rahat və əmin hiss edirsiniz. 93% Signia Assistant istifadəçiləri bunu təsdiq edir.¹
Signia Assistant tətbiqindən istifadə etmək çox asandır, çünki əsl sehr arxa planda baş verir. Assistant canlı bir sistemdir - yüksək inkişaf etmiş bu sistem öyrənmə alqoritmlərindən istifadə edərək davamlı olaraq sizi daha yaxşı dəstəkləmək üçün yeni bacarıqlar inkişaf etdirir. Fərdi eşitmə ehtiyaclarınıza uyğun optimal həll yaratmaq üçün seçimlərinizi öyrənir.
Tətbiqi yükləİlk görüşlər zamanı eşitmə cihazlarınız haqqında yeni məlumatlar alırsınız. Eşitmə mütəxəssisinizi ziyarətdən evə qayıdarkən hər bir xırda detalı xatırlamaya bilərsiniz.
Yeni Signia köməkçisi sayəsində rahat ola bilərsiniz, yarana biləcək problemlərin aradan qaldırılması üçün asanlıqla başa düşəcəyiniz zəruri məlumatları videolar və təlimatlar şəklində smartfonunuzda izləyə bilərsiniz.
¹ Data on file
Signia Assistant Signia App tətbiqində yerləşir - həm iOS, həm də Android smartfonlar üçün mövcuddur.
Assistant sizə nə verir:
Bluetooth olan bütün Signia Xperience eşitmə cihazları modellərində.
Xeyr, Assistant-ın etdiyi bütün dəyişikliklər Universal Proqrama tətbiq olunur. Bənzər bir vəziyyətə düşdüyünüz zaman hər dəfə başqa bir proqram seçmədən avtomatik olaraq yeni parametrlərdən faydalanırsınız.
Xeyr. Dəyişiklik yalnız Universal Proqrama aiddir.
Tətbiqdə sıfırlama seçimi var, istənilən vaxt istifadə edə bilərsiniz. Diqqət: eşitmə cihazlarınızın parametrləri eşitmə mütəxəssisiniz tərəfindən tənzimlənmiş parametrlərə qayıdacaq.
Bunun bir neçə səbəbi ola bilər:
Yox. Emal gücü və sinir şəbəkəsi onlayn çalışır və oflayn həll yoxdur. Bu da içərisində olan biliklərin daima aktuallığını təmin edir.
Bəli, tək tərəfli istifadənin yaratdığı təbii məhdudiyyətlərlə.
Signia heç bir şəxsi məlumatı izləyə bilməz. Bütün sistem 100% anonimdir və yalnız böyük qrup məlumatları təhlil edilir; fərdi məlumatlar toplanmır. Bu son dərəcə vacibdir və bütün sistem üçün əsasdır. Əgər nə isə izlənə bilsəydi, belə bir sistemimiz ola bilməzdi. Bizim "Məxfilik Siyasəti" tətbiqdə göstərilir (Settings->Imprint->Privacy policy).