Bizim həyatımız çoxlu asta səslərlə dolğundur, sevimli musiqi əsərinin asta ifasından tutmuş pıçıltı ilə deyilən konplimentə qədər. Buna baxmayaraq çoxumuz üçün bu dinləmə xoş olsa da, bəzən tinnitusun (qulaqda küy) təsirindən əzaba çevrilə bilər.
Eşitmə cihazları istehsalında aparıcı istehsalçı və yenilikçi olaraq bizim fəlsəfəmiz tinnitus da daxil olmaqla eşitmə problemi olan insanların həyat keyfiyyətini yaxşılaşdırmağa yönəldilib.
Bizim statik küy terapiyası və “Okean dalğaları” terapiyası indi Notch terapiya ilə tamamlandı. Signia eşitmə cihazları – qulaqdakı küyün effektini azalda və ya tamamilə yox edə biləcək Notch terapiya quraşdırılmış yeganə eşitmə cihazlarıdır.*
Signia-dan tinnitus terapiyası sakitlik və xoş əhval deməkdir.
Signia eşitmə cihazları – kiçik texnoloji möcüzədir. Onlar nəinki səsləri yüksəldir və eşitməni rahatlaşdırır, həmçinin tinnitusu (qulaq küyü) yüngülləşdirmək üçün bir çox həll təklif edir.
Səbəbləri kimi tinnitus özü də müxtəlif cürdür, onlar tonal və qeyri-tonal şəkildə qruplaşdırıla bilər. Tonal tunnitus daha çox yayılıb və demək olar ki, aramsiz, aydın seçilən tezlikli, zəng, fit, vızıltı şəklində səs olur. Qeyri-tonal formada olan tinnitus çıqqıltı, gurultu, xışıltı, tıqqıltı şəklində olur.
Signia eşitmə cihazları tinnitusun terapiyası üçün üç strategiya təklif edir.
Statik küylə və "Okean dalğaları" küyü ilə tinnitus terapiya individual tənzimlənmiş siqnallarla qıcıqlandırıcı tinnitus səslərini örtərək qulaqdakı küydən diqqəti yayındırır və bununla da onun təsirini azaldır. Nəticədə siz rahatlaşırsınız və diqqətinizi eşitmək istədiyiniz səslərə cəmləyə bilirsiniz.
Sübut olunmuşdur ki, ancaq Signia eşitmə cihazlarında olan bizim yeni Notch terapiyası tonal tinnitusun qışıqlandırıcı təsirini azaldır və hətta onu tam yoxa çıxmasına səbəbkar ola bilir.*
Signia eşitmə cihazları tinnitusu maskalayıcı funksiyaya malikdir, hansı ki, rahat terapevtik siqnal formalaşdırır.Bu effekt sizi qulaq küyündən yayındırır, rahatlaşmağa və həyatdan zövq almağa kömək edir. Quraşdırılmış siqnal sırasından əlavə sizin individual istəklərinizi nəzərə alaraq terapiya siqnalı tənzimlənə bilir.
Statik küylə siqnal terapiyasında tinnitus səsi ilə qarışan və onu maskalayan səs tipi istifadə olunur. Signia eşitmə cihazları beş tipdə siqnal təqdim edir ki, sizin eşitmə mütəxəssisiniz sizin üçün ən komfortlu həlli seçə bilsin.
Sahilə çırpılan dalğaların sakitləşdirici səsindən ilhamlanan "Okean dalğaları" terapevtik siqnalları çimərlikdə olduğu kimi rahatlaşdırıcı təsir göstərir. "Okean dalğaları" terapiya siqnalları dənizin səsini təqlid edərək müsbət, sakitləşdirici və stressi azaltma effektini təmin edir.
Eşitmə üzrə mütəxəssis dörd fərqli siqnaldan sizin üçün ən rahat və xoş olacaq birini seçməyə kömək edəcəkdir.
Signia eşitmə cihazları – Notch terapiya qurulmuş yeganə eşitmə cihazlarıdır. Bu metod qulaqlarında tonal küy olan insanlar üçün daha effektivdir, bu daha çox yayılmış tinnitus tipidir.
Əlavə səs terapiyası hesab olunan statik və modelləşdirilən küylərdən fərqli olaraq Notch terapiya sakitcə və bezdirmədən tinnitusdan müalicə edir. Sizə lazım olan tək şey eşitmə cihazlarınızı taxmaqdır, bu, qulaq küyünün qıcıqlandırıcı təsirini bir neçə həftə və ya ay ərzində azalda bilir.
Notch terapiya tinnitusdan tam azad olma imkanı təqdim edir*. Tinnitus tezliklərinin uzun müddət batırılması sayəsində səs qıcığının daimi təsiri azalır, nəticədə beyin tinnitus tezliklərini eşitməməyi öyrənir, qulaq küyü olmadan yaşamaq üçün real imkan yaradır.
* Powers, L., dos Santos, G.M., & Jons, C. (2016, September). Notch Therapy: A new approach to tinnitus treatment. AudiologyOnline, Article 18365.
Tinnitus ətraf küydən seçilir və aydın eşidilir.
Notch terapiya qulağınızdakı küyün qavranmasını azaldır ki, sizi əhatə edən səslərdən zövq ala biləsiniz.
Tinnitus terapiyası ilə əla eşitmənin ideal vəhdəti.
Signia ən son texnologiya ilə eşitmə cihazlarının böyük çeşidini təqdim edir, həmçinin tinnitusun müxtəlif müalicə metodları da daxil olmaqla. Bu müalicə metodları əla səs və eşitmə keyfiyyəti üçün optimal fərdi seçimlər təklif edir.
İstənilən eşitmə azlığına uyğun gələcək yığcam və dəbli modellər istənilən tələbatı ödəmək qabiliyyətinə malikdir. Eləcə də tam rahatlıq və məxfilik üçün mobil telefona yüklənən tətbiq vasitəsi ilə eşitmə cihazlarınızı idarə edə bilərsiniz.
Signia-dan olan tinnitus terapiyası variantları haqqında soruşun.
Tinnitus müalicəsində optimal yanaşmanı tapın, bunun üçün eşitmə mütəxəssisiniz ilə əlaqə saxlaya bilərsiniz - onlar sizə kömək etməyə sevinərlər. Onlar sizə ideal eşitmə cihazı və tinnitus müalicəsi seçəcək, həmçinin sizə qulaq küyündə həyatınızı necə daha rahat edə biləcəyiniz haqda məsləhətlər verəcəklər.
Mağaza axtarışıTinnitus haqqında daha ətraflı məlumat üçün Signia bloguna baş çəkin.
Daha ətraflı