Ace™ eşitmə cihazları — bizim eşitmə cihazları arasında ən kompaktlardan olub demək olar ki,qulağın arxasında oturduqda nəzərə çarpmır, bu isə istifadədə azadlıq və rahatlıq hissi verir. Çox kiçik olduğuna baxmayaraq, onlar kifayət qədər gücə malikdir, touchControl™ tətbiqi isə rahat və diqqət çəkməyən tənzimi təmin edir.
Yaxşı şeylər kiçik qutularda olur. Ace eşitmə cihazları istisna deyil. Ace eşitmə cihazları geniş texniki imkanlara sahib olan ən xırda ölçüdədir və nəmə, tərə, toza davamlı IP67 müdafiə sinfinə aiddir.
Yeni Ace bunun öhdəsindən gəlməyə kömək edir.
Səs-küylü bir bar, dəmir yolu stansiyası və ya küçə kafesi. Ətraf mühit səs-küyünün yüksək olduğu yerdə insanlarla ünsiyyət üçün daha çox konsentrasiya və səy tələb olunur. Uzun günün sonunda bəzi mürəkkəb səs vəziyyətlərində səsləri ayırd etmədə çətinliklər ola bilər. Hətta normal eşitmə qabiliyyəti olan insanlar üçün də bu tanış bir vəziyyətdir.
Yeni Ace bunun öhdəsindən gəlməyə kömək edir. Onun qabaqcıl SPEECH funksiyası kənar danışıqları və səsləri azaldaraq, həmsöhbətinizi daha yaxşı eşitməyəy şərait yaradır. Ancaq sizə lazım olanı eşidirsiniz. Nəticədə eşitmə daha rahat və daha az yorucu olur. Bütün günü.
Səhər yeməyində uşaqlar həyəcanlı şəkildə günü necə keçirəcəklərini müzakirə edirlər. Həyat yoldaşınız səhər qəzetinə baxarkən onun xışıltısı və radionun səsləri uşaqların səsi ilə qarışır. Ace eşitmə cihazlarının əvəzolunmaz texniki xarakteristikası sayəsində siz vacib olan heç bir şeyi qaçırmadığınızdan əmin olacaqsınız. Təkmilləşmiş avtomatik SPEECH funksiyası danışığı daha aydın eşitməyə, SoundSmoothing™ proqramı isə eyni vaxtda olan kənar səslərı azaldır.
Beləliklə, rahatlaşıb hər danışığı səy göstərmədən aydın başa düşə bilərsiniz. Ace ilə eşitməyə deyil, söhbətə diqqət edirsən.
Kiçik bir kafedə dostlarla axşam kapuççino içirsiniz, sərin meh əsir, yandakı stolda söhbət qızışır. Ace eşitmə cihazları ilə bu problemi həll etmək olduqca asandır. Avtomatik SPEECH funksiyası ətraf səsləri azaldır, diqqətinizi sizin stol arxasındakı söhbətə yönəldir, istiqamətlənmiş mikrofonlar sayəsində sizi ətraf səslərdən təcrid edir. Bu vaxt eyni zamanda eWindScreen™ funksiyası işə düşərək küləyin səsini azaldır. Siz heç nə barədə narahat olmadan ünsiyyətdən zövq ala bilərsiniz.
Siz uşaqlarla muzeyə gedirsiniz. Danışıq əks-səda verir və mərmər döşəmə üzərində addımlarla qarışır. Ekskursiya rəhbəri arxadan yaxınlaşaraq sizə kömək lazım olduğunu soruşur. Bütün bunlar yorucu ola bilər, lakin Ace eşitmə cihazları bu çətinliyin öhdəsindən asnlıqla gəlir. EchoShield funksiyası əks-sədanı tam yox edir, səsləri daha aydın və təmiz edir. Artıq siz ilk növbədə hansı eksponatlara baxacağınıza konsentrasiya olursunuz.
Ace eşitmə cihazları istənilən vəziyyətdə üstün səs keyfiyyətini təmin edir, hətta musiqi dinləyərkən. Fərqi yoxdur siz konsertdə sevimli musiqiyə qulaq asırsınız, ya HiFi sistemi ilə evdə musiqi dinləyirsiniz, ya da ifaçı kimi çıxış edirsiniz - HD Music proqramı fantastik səs keyfiyyəti ilə təmin edir və qavrayış səviyyəsini yüksəldir. Korpus üzərində düymə vasitəsi ilə proqramı rahat və sadə şəkildə çevirə bilirsiniz. touchControl tətbiqi ilə də musiqinin hər notundan zövq ala bilirsiniz.
Eşitmə cihazının konfiqurasiyasına görə xüsusiyyətlər dəyişə bilər. Eşitmə mütəxəssisiniz sizə kömək etməkdən məmnun olacaq.
Sizə ən yaxın olan protezləşmə mərkəzimizBöyük idarə dəstəyi və smartfona ehtiyac olmadan eşitmə cihazlarını ehtiyatlı və rahat şəkildə idarə etmək istəyənlər üçün miniPocket yaxşı seçimdir. Etibarlı və istifadəsi asan olan miniPocket, açar halqasını daşıyacaq qədər kiçikdir, lakin bütün zəruri xüsusiyyətləri idarə edə biləcək dərəcədə güclüdür.
Signia eşitmə cihazları daxili Notch Therapy finksuyası olan yeganə eşitmə cihazlarıdır ki, bu da tinnitusun təsirini azaldır və hətta tamamilə yox edə bilir.*
* Powers, L., dos Santos, G.M., & Jons, C. (2016, September). Notch Therapy: A new approach to tinnitus treatment. AudiologyOnline, Article 18365.
Daha ətraflı