Yığcam, eleqant və praktik olaraq nəzərə çarpmayan Signia-dan Pure™ eşitmə cihazlar — eşitmə protezləşməsi sahəsində yeni addımdır. Təkmilləşmiş texnologiyalar sayəsində eleqant dizayn əvəzolunmaz səs keyfiyyəti ilə uyğunlaşır, bu eşitmə cihazları gün ərzində sizə əla eşitmə verir. Harda olmağınızdan və nə ilə məşğul olmağınızdan asılı olmayaraq Pure eşitmə cihazları ilə siz heç nədədn narahat olmursunuz və hər dəqiqədən zövq alırsınız.
Signia-dan Pure eşitmə cihazları sizə tam əminlik vermək üçün bütün lazımi funksiyalara malikdir. Pure eşitmə cihazları geniş texniki imkanlara sahib olan ən xırda ölçüdədir və nəmə, tərə, toza davamlı IP67 müdafiə sinfinə aiddir.
Səs-küylü bir bar, dəmir yolu stansiyası və ya küçə kafesi. Ətraf mühit səs-küyünün yüksək olduğu yerdə insanlarla ünsiyyət üçün daha çox konsentrasiya və səy tələb olunur. Uzun günün sonunda bəzi mürəkkəb səs vəziyyətlərində səsləri ayırd etmədə çətinliklər ola bilər. Hətta normal eşitmə qabiliyyəti olan insanlar üçün də bu tanış bir vəziyyətdir.
Yeni Pure bunun öhdəsindən gəlməyə kömək edir. Onun qabaqcıl SPEECH funksiyası kənar danışıqları və səsləri azaldaraq, həmsöhbətinizi daha yaxşı eşitməyəy şərait yaradır. Ancaq sizə lazım olanı eşidirsiniz. Nəticədə eşitmə daha rahat və daha az yorucu olur. Bütün günü.
İşə çatmaq üçün qatar gözləyərkən, danışıq gələn qatarın səsindən kəsintilərlə gəlir. Pure eşitmə cihazları vəziyyəti nəzarətdə saxlayır. Təkmilləşmiş avtomatik SPEECH funksiyası digər səslər olan fondan həmsöhbətinizin danışığını ayırır, həmçinin dar yönəlmiş alqoritm və küy azaltma işə düşərək fon küyləri və kənar səsləri kütləşdirir, sizə həmin anda lazım olanı eşitmək imkanı verir.
İstənilən vəziyyətdə Pure eşitmə cihazları ətrafda baş verənləri siz düşünmədən aydın eşitməyə kömək edir.
Ofisdə telefonlar aramsız zəng çalır, iş yoldaşları müxtəlif məsələləri müzakirə edir. İş yoldaşınız sizdən son hesabat haqqında fikrinizi soruşur - Pure bu akustik səs vəziyyətinin öhdəsindən gəlir. Avtomatik SPEECH funksiyası digər səslərin fonunda danışanın səsini yüksəldir, həmçinin küyü dəf edən alqoritm sayəsində kənar səsləri kütləşdirir. Bir müddət sonra foyedə resepşn zonasında mikrofonla elan verilir. EchoShield proqramı Pure eşitmə cihazlarında əks-səda effektini azaldır, səs keyfiyyətini artırır və danışığı ayırdetmədə böyük rahatlıq yaradır.
Siz həmkarlarınızla yaxındakı kafeyə nahara gedirsiniz. Söhbət getdikcə daha canlanır, lakin külək də getdikcə güclənir. Pure eşitmə cihazları sayəsində siz hər sözü eşidirsiniz. Avtomatik SPEECH funksiyası binaural küləyi dəf etmə WindScreen™ alqoritmini işə salarır və eşitmənizi birbaşa həmsöhbətlərinizin səsinə yönəldir.
Pure eşitmə cihazlarının xüsusi hazırlanmış HD Music proqramı fantastik səs keyfiyyəti ilə təmin edir və musiqidən zövq almaq üçün qavrayış səviyyəsini yüksəldir. Fərqi yoxdur siz konsertdə sevimli musiqiyə qulaq asırsınız, ya HiFi sistemi ilə evdə musiqi dinləyirsiniz, ya da ifaçı kimi çıxış edirsiniz - HD Music proqramı musiqidən tam şəkildə həzz almaşınızı təmin edir.
Eşitmə cihazının konfiqurasiyasına görə xüsusiyyətlər dəyişə bilər. Eşitmə mütəxəssisiniz sizə kömək etməkdən məmnun olacaq.
Sizə ən yaxın olan protezləşmə mərkəzimizSəhər uşaqları məktəbə yola salırsınız, naharda dostlarla görüşürsünüz, azşam televizor seyr edirsiniz. Hər gün müxtəlif vəziyyətlərlə rastlaşırsınız, hər birində sizə eşitmək və ünsiyyətdə olmaq lazım gəlir. Siz istəməzdiniz mi ki, səslər birbaşa axınla qulağınıza ötürülsün və ya eşitmə cihazlarını diqqət çəkmədən tənzimləyə biləsiniz?
Böyük idarə dəstəyi və smartfona ehtiyac olmadan eşitmə cihazlarını ehtiyatlı və rahat şəkildə idarə etmək istəyənlər üçün miniPocket yaxşı seçimdir. Etibarlı və istifadəsi asan olan miniPocket, açar halqasını daşıyacaq qədər kiçikdir, lakin bütün zəruri xüsusiyyətləri idarə edə biləcək dərəcədə güclüdür.
Signia eşitmə cihazları daxili Notch Therapy finksuyası olan yeganə eşitmə cihazlarıdır ki, bu da tinnitusun təsirini azaldır və hətta tamamilə yox edə bilir.*
* Powers, L., dos Santos, G.M., & Jons, C. (2016, September). Notch Therapy: A new approach to tinnitus treatment. AudiologyOnline, Article 18365.
Daha ətraflı